Mütəxəssislərin fikrinə görə, bir sıra dəri problemləri evlilik dövründə ciddi şəkildə ortaya çıxır. Bundan başqa, gəlin donu geyinməyin verdiyi stress də dəriyə ciddi təsir göstərir. Həyatımızdakı hər növ dəyişiklik dərimizə təsir edir. Evlilik də bu dəyişikliklərdən biri və ən önəmlisidir. Xüsüsilə evlənmə dövründə stress ən yüksək həddə çatır. Əgər quru dəriyə sahibsinizsə, bu dövrdə o, daha da quruyur. Mütəxəssislərə görə, bu ərəfədə sızanaq kimi dəri problemləri də stresslə birlikdə meydana çıxa bilər. Bu dövrdə dekolte hissəsinə xüsusilə diqqət yetirmək lazımdır.
Toy günündən ən azı 6 ay əvvəl hazırlıqlara başlamağınız məsləhətdir. Əgər dərinizdə, özəlliklə də dekolte bölgəsində sızanaq, səpkilər və s. kimi problemlər yaşanırsa, dermatoloq müayinəsindən keçin. Bu dövrü rahat keçirmək istəyirsinizsə, ilk növbədə dərinizi təmiz saxlayın. Sabunlar dərinizi yağdan, çirkdən təmizləyir. Lakin daha güclü sabunlar dərinizi qurudaraq qıcıqlandıra bilər. Üzünüzü sabunla yuyarkən yaxşı təmizlənməsini və dəri problemlərinin təsirini azaltmasını istəyirsinizsə, sabun seçimini doğru dəyərləndirin. Xüsusilə də sızanaqlar və dəri problemləri üçün kükürdlü, zeytun yağlı və bal tərkibli sabunlar dermatoloqlar tərəfindən məsləhət görülür. Masaj, pilinq də bu problemdə ciddi şəkildə müsbət effekt verir. Dəriyə mütəmadi olaraq pilinq etsəniz ölü hüceyrələrdən asanlıqla azad ola bilərsiniz.
Hər bir Qadın.Net xanımına gözəl evlilik həyatı arzulayıram...