Qadin.NET / Xüsusi günlər üçün gözəllik baxımı

Xüsusi günlər üçün gözəllik baxımı

 

1. Saç baxımı

Saçlarınızın daha canlı vvə həcmli görünməsini istəyirsinizsə, saç baxımına diqqət etməlisiniz. Saçlarınızın daha həcmli və baxımlı görünməsi üçün bir avokadonu qatıq və bal ilə qarışdırıb saçlarınıza çəkin. 25 dəqiqə gözlədikdən sonra saçlarınızı yuyun.

Xüsusi günlər üçün gözəllik baxımı

2. Üz maskası

Dərinizi dərin təmizləmək üçün; üzdəki yağlı hissələrə palçıq və ya gil maskası, quru hissələrə isə nəmləndirici maskalar çəkin. Göz ətrafına aloe vera maskası ilə qulluq edin.

Xüsusi günlər üçün gözəllik baxımı

3. Pilinq

Dərinizi ölü dərilərdən təmizləmək üçün fırça köməyi ilə nəmləndirici təsirli pilinqi bütün bədənizə tətbiq edə bilərsiniz. Dərinizdəki qan dövranı sürətlənəcək, ölü dərilər töküləcək.

Xüsusi günlər üçün gözəllik baxımı

4. Təmiz dırnaqlar

Dırnaq təmizliyi vacibdir. Dırnaqların kəsin, forma verin. Manikür yağı ilə dırnaqlarınıza masaj edin. İstədiyiniz rəng boya ilə dırnaqlarınızı rəngləndirin. 

Xüsusi günlər üçün gözəllik baxımı

6 iyun 2019
GO BACK