Qadin.NET / Üzdəki tüklərdən xilas olmaq üçün...

Üzdəki tüklərdən xilas olmaq üçün...

 

Üzdəki tüklərdən xilas olmaq üçün...

Şəkər üsulu

Keçmişdə qadınlar üzdəki tükləri almaq üçün istifadə edilən bir üsuldur. Ağrı hiss etmədən, qısa müddətə tüklərdən xilas ola bilərsiniz.

- Yarım stəkan suyu qazanda isidib içinə 2 stəkan şəkər və yarım limon suyunu əlavə edin. Qaynamağa başladıqda qazın xodunu alın. 5 dəqiqə ərzində qaynadıb, qazın üstündən götürün. Qarışımı soyumağa qoyub, tüklərin olduğu bölgəyə körpə pudrası və ya qarğıdalı nişastası tətbiq edin. Daha sonra məcun halına düşən qarışımı çəkib, ağ parça ilə tüklərin çıxış istiqamətinin tərsinə doğru çəkin.

Üzdəki tüklərdən xilas olmaq üçün...

Mərci üsulu

Dərinizdəki ölü dərilərin təmizlənməsinə kömək edən mərci, eyni zamanda istənilməyən tüklərin də azalmasına kömək edir. 

- Bir ovuc mərcini üyüdüb, məcun halına gələnə qədər bal ilə qarışdırın. Məcunu bığlarınızın üstünə çəkib bir neçə dəqiqə gözləyin. Bu üsulu həftədə 1 dəfə tətbiq edin.

Üzdəki tüklərdən xilas olmaq üçün...

Nanə yağı üsulu

Nanə çayı bədəndəki androjen hormonu istehsalını azaldır, bunun nəticəsində yaranan tüklənmənin azalmasına kömək edir.

- 1 çay qaşığı quru nanəni stəkana qoyun. Daha sonra üstünə qaynar su əlavə edin. Üzərini bağlayıb, 10 dəqiqə ərzində dəmlənməsini gözləyin. Nanəni süzərək içinə 1 çay qaşığı bal əlavə edin. Bu çayı hər gün 1 stəkan içə bilərsiniz.

Üzdəki tüklərdən xilas olmaq üçün...

 

16 may 2019
GO BACK