Adi məhsullardan üzə, saça və bədənə kosmetik vasitə kimi istifadə etmək olur.
Çay.
Dəmlənmiş çayın yarpaqlarını tullamayın. Onu bir neçə dəqiqə qaynadıb saclarınızı yuduqdan sonra çayın suyu ilə durulayın. Çayın suyu saçlarınıza parlaqlıq verəcək. Gözlərin şişkinliyini və yorğunluğunu azaltmaq üçün soyuq çay suyunda isladılmış pambığı gözlərə qoymaq lazımdır. 5 - 7 dəqiqə kifayətdi.
Kələm.
Dəri üçün qidalandırıcı maddələr, minerallar var. 3 kələm yarpaqlarına 4 stəkan su töküb qaynadın. Soyuduqdan sonra
yuyunun.
Yumurta.
Dərini yaxşı qidalandırır və təravətləndirir. Yumurtanı sındırıb üzünüzə və boynunuza sürtün. Bu maskanı 20 dəqiqə saxlayın sonra isti su ilə yuyun.
Bal.
Dərini yumuşaldır. Balı üzə çəkin, 10 dəqiqə saxlayıb yuyun üzünüzün dərisi yumuşaq və hamar olacaq.
Duz.
Duzlu vanna ayaqların yorğunluğunu çıxarır.