Daha çox su içmək
Çinli qadınlar daima su içirlər. Küçədə gedən qadınların əlində mütləq su qabı görəcəksiniz. Su dərini canlı saxlayır.
Günəş altında az vaxt keçirmək
Çində ağ dəri sosial üstünlük sayılır. Ona görə, günəş kremindən mütləq istifadə edirlər və günəş altında az vaxt keçirirlər.
Çay
Çinli qadınlar çaya üstünlük verir. Digər qazlı içkilərin əvəzinə çaydan istifadə edirlər. Çaya süd və şəkər əlavə etmirlər. Xüsuilə, yaşıl çaylar sağlamlıq üçün faydalıdır.
Günü planlamaq
Günü planlı formada yaşayırlar. Yeməyə, yatmağa və dincəlməyə ayrılan vaxtı düzgün bölüşdürürlər.
Yüksək kalorili qidalar
Çin mətbəxində şəkərli desertlər demək olar ki, yoxdur. Bacardıqca kalori yeməklərdən uzaq dayanırlar.