Qadin.NET / 2019 gözəllik trendləri

2019 gözəllik trendləri

 

 

Parlaq dəri və göz makiyajı

Keçən illərin parıltılı və nəm görünən dəri makiyajına bu il gözlərinizi də əlavə edə bilərsiniz. Bütün üzün sağlam və parıltılı görünməsinə səbəb olan bu makiyaj trendi, xüsusi günlərin əvəzedilməzi olacaqdır. Günlük həyatda da makiyaja üstünlük verənlər üçün simli, zərli detallar ön plana çıxacaq.

 

2019 gözəllik trendləri

 

 

Rəngli layner

2019-cu ilin ən qəribə və gözə çarpan trendləri arasında rəngli laynerlər yer alır. Klassik rəngdən əlavə rəngli laynerlərə üstünlük verə bilərsiniz. Rəngli laynerlər fərqli çəkilmə tərzləri ilə də Paris Moda Həftəsinin yadda qalanlarından oldu. Yazın gəlişini gözlərinizdə əks etdirmək istəyirsinizsə, bu layneri yoxlamalısınız.

 

2019 gözəllik trendləri

 

 

Saç kəsimləri

Saç modelləri hər il fərqliliyi ilə ilə damğasını vurur. 2019-un gəlməsi ilə trend saç kəsimləri, saç rəngləri, modelləri də özünü göstərməyə başladı. Siz də ilin maraq doğuran və qadınların dəyər verdiyi 2019-un saç trendlərini yoxlaya bilərsiniz. 

 

2019 gözəllik trendləri

 

 

Sezonun rəng şkalası: Narıncı, toz çəhrayi, qırmızı

Adətən özünə yaraşan rənglərlə makiyaj edən qadınlar hərdən klassik tərzdən kənara çıxmaq istəyirlər. Bu vaxt ilin trendlərinə üstünlük verməli olurlar. Bu ilin makiyaj rəngləri: narıncı, toz çəhrayi, qırmızı rəng hesab olunur.  

 

2019 gözəllik trendləri

 

9 mart 2019
GO BACK