Qadin.NET / Təbii qidalanmağın gözəlliyə təsiri

Təbii qidalanmağın gözəlliyə təsiri

Hər bir qadın yaşından asılı olmayaraq hər zaman gözəl görünməyə çalışır.Amma heç düşünmürük ki,bu gözəlliyə çatmaq daha çox öz əlimizdədir.Gözəlliyi təkcə krem və pudralarda axtarmaq düzgün deyil. Dərinin təbii olmasına və ya qırışların aradan qalxmasına təbii yolla nail olmaq mümkündür.Bu işdə təbii qidalanma az rol oynamır.Bu səbəbdən vitaminlərlə zəngin olan meyvə-tərəvəz və göyərtilər dərinin sağlam olması üçün az əhəmiyyət daşımır. Tərkibində müxtəlif inqredientlər olan hazır yeməklər və ya soyuducuda uzun müddət saxlanılan xörəklər dəri üçün çox təhlükəlidir. Çiy meyvə-tərəvəz məhsulları və ya göyərtilər isə  dərini qoruyur, təzələyir və elastikliyini qoruyur.

 Bu faktdır ki, insan yaşlandıqca dəri də öz elastikliyini itirir.Bunun qarşısını almaq üçün bolluca su içmək məsləhət görülür.Bu bədəndəki toksinləri və artıq maddələri kənarlaşdırmaq üçün mütləq lazımdır.Amma qazlı sular istisna olmaqla...Çünki qazlı sular sidikqovucu xassəyə malik olduğu üçün su itkisinə səbəb olur. 

S vitamini də dərinin elastikliyini artırdığı üçün tərkibində bu vitamin olan məhsullardan çox istifadə etmək lazımdır. Maqnezium orqanizmdəki  artıq maddələrin xaric edilməsinə kömək edir.Bir sözlə təbii qidalardan daha çox istifadə edin ki, gözəlliyinizi uzun müddət qoruyub saxlaya biləsiniz.
18 sentyabr 2011
GO BACK