Zəifləmiş saçlar üçün avokado maskası
Avokadonun içini oyun və əzin. İçinə 1 çay qaşığı buğda toxumu və jojoba yağı əlavə edin və qarışdırın. Qarışımı saç diblərinizdən uclara qədər yaxşıca çəkin. Duş maskası ilə 30 dəqiqə gözləyin. Sonra durulayın. Bu maskanı həftədə 2 dəfə istifadə etdikdə dəyişikliyi görəcəksiniz.
Sızanaqlar üçün avokado maskası
Yarım avokado, yarım limonun suyu və 2 kapsul E vitamini blenderda qarışdırın. Qarışımı masaj edərək təmiz dərinizə çəkin. Maska tamamilə quruduqdan sonra ilıq su ilə təmizləyin.
Quru əllər üçün avokado maskası
Yarım avokadonun içinə bir yemək qaşığı bal ilə qarışdırın. Alınan qarışımı əllərinizin üstünə yayın. 20 dəqiqə sonra soyuq su ilə durulayın. Həftədə 2 dəfə istifadə edə bilərsiniz.