Ətir
İstilik və günəş işığı ətirin qoxusunu dəyişə bilər. Ətir çox uzun müddət istidə qalarsa, içindəki kimyəvi maddələr qırıla bilər və qoxusu tamamilə dəyişər.
Göz kremi
Göz kreminizin soyuq olması sadəcə sərinlədici təsir yaratmaz, eyni zamanda qan damarlarındakı şişliyi də azaldar.
Üz maskaları
Göz kremi kimi, sərin üz maskaları damarları daraldır və qızartıları azaltmağa kömək edir. Qıcıqlanan dərini sakitləşdirir.
Layner
Mütəxəssislər, xüsusilə, çəkmədən 10 dəqiqə əvvəl göz qələmi və layneri soyuducuya qoymağı məsləhət görür.
Dodaq boyası və balzamı
Bu məhsulların ömrünü uzatmaq üçün soyuducuda saxlamalısınız. İstidən uzaq saxlayın.
Təbii bədən məhsulları
Bədən üçün istifadə edilən təbii məhsulların ömrünü uzaqmaq üçün mütləq soyuducuda saxlamalısınız.