Kompyuter ekranından dərinizi uzaq tutun
Uzun müddət kompyuter ekranına baxmaq göz ətrafına və dəriyə mənfi təsir edir. Bunun üçün istehsal edilən kremlərdən istifadə etmək lazımdır. Uzun müddət havasız otaq qalmağın yaratdığı problemləri aradan qaldırmaq üçün tez-tez fasilə vermək və arada nəmləndirici istifadə etmək lazımdır.
Gündüz və gecə baxımı mütləq edin
Dərinizə etməli olduğun iki vacib baxım qaydası var. Gündüz və gec üzünüzü yumaq və təmizləmək lazımdır. Səhər üz təmizləyicisini su ilə yuyub nəmləndirici və günəş qoruyucusu çəkməyiniz kifayət edəcəkdir. Makiyajınız olmasa belə gecə yatmadan əvvəl dərinizi çirkdən təmizləmək üçün mütləq təmizləyici istifadə edin, sonra krem çəkin.
Saç baxımına diqqət edin
Saçlarımızın və dərimizin ən böyük düşməni, hava çirkliyidir. Hər gün baxımlı və təmiz saçlarla ofisə getmək istəsək də, saçı hər gün yumaq bir müddət sonra xoşlanmayan nəticələrə səbəb ola bilər. Saçlarınızı hər gün yumaq yerinə, yumadığınız günlər topuz, hörük kimi üsullardan istifadə edin.
Ofis makiyajı üçün
Ofis makiyajını, hər gün fərqli və iddialı formada etmək dərinizə zərər verə bilər. Bunun yerinə sadəcə dodaq boyasından, gözlər üçün də açıq rəngli tenlərdən istifadə edə bilərsiniz.