Saçları parlaq göstərən jelatin
1 stəkan ilıq suyun içinə 1 yemək qaşığı jelaton tozu atın. Sonra yaxşıca qarışdırın. Biraz alma sirkəsi və lavanda yağı damladaraq qarışdırmağa davam edin.
Bütün saçlarınıza və saç dərinizə yaxşıca çəkin, 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin.
Həftədə 1 dəfə bunu yoxlayın.
Pilinq jelatin maskası
1 yemək qaşığı jelatin tozunu, yarım yemək qaşığı süd və 1 neçə damla lavanda yağı ilə qarışdırın. Daha sonra benmari üsulu ilə qarışdırın.
Qarışımı dərinizə çəkin.
Qara nöqtələri yox edən jelatin tozu maskası
Şüşə kasanın içində 2 yemək qaşığı jelatinlə 4 yemək qaşığı südü yaxşıca qarışdırın.
Ardınca benmari üsulu edərək, ilıq hala gəldikdə üzünüzə çəkərək 40 dəqiqə gözləyin.
Quruyan maskanın soyaraq çıxara bilərsiniz.
Sürətli saç uzadan maska
1 paket qədər jelatin tozunu 1 stəkan suyun içinə boşaldın.
Soyuduqda 1 ədəd yumurta sarısını və 1 çay qaşığı xardal tozunu içinə əlavə edin.
Hazırlanan qarışımı saçlarınıza çəkib, 30 dəqiqə gözləyin.
Son olaraq şampunla saçlarınızı təmizləyə bilərsiniz.