Soyuq havalarda ətirin qoxusu daha sürətlə yox olur. Buna görə qış aylarında ədviyyatlı qoxulara üstünlük verilməlidir.
Qış aylarında, yayda istifadə edilən xəfif qoxular yerinə, daha ağır və esans yağlarından hazırlanmış ətirlərə üstünlük verilməlidir. Buna görə də, qış aylarında ətirlərin spirt tərkibi daha çox olur.
Qış aylarında adətən darçın, vanil, balqabar, ədviyyatlı qoxulara üstünlük verilir. Bu qoxular daha tünd və eqzotikdir. İstifadə edilən ətirlər gedilən yerlərə görə dəyişir.
Günlük həyatda çox ağır qoxulu ətirlərdən istifadə edilməməlidir. Bu ətirlər xüsusi gün və yer olmadıqca başqalarını narahat edə bilər. Ona görə də, doğru yerdə, doğru zamanda, doğru ətiri istifadə etmək lazımdır.
Ətirlər çox vaxt geyimlərə görə seçilməlidir. Geyim qalınlaşdıqca, ətirin qoxusu daha ağırlaşmalıdır.