Fransız qadınlarının gözəllik sirləri
- Fransız qadınları hər zaman parlaq və sağlam dərilərinin sirrini 7/24 nəmləndirən krem istifadə etmələri ilə açıqlayırlar. Səhər oyandıqdan axşama kimi istifadə etdikləri gözəllik məhsulları nəmləndirmə təsirinə malikdir.
- Tonal krem istifadə etməyi sevməyən fransız qadınlar çəhrayi ənlik, qırmızı dodaq boyası və kirpikləri uzadan tuş ilə makiyajlarını tamamlayırlar. Dərinin qüsurlarını örtmək yerinə onu sağlam saxlamağa çalışırlar.
- Fransız qadınlarının ən vacib sirri Termal su tərkibli üz spreyləridir. Bunun sayəsində dəri yumşaq və gözəl görünür.
- Fransız qadınlarının saçları həmişə parlaq və sağlam görünür. Bunun sirri isə fen istifadə etmədən saçlarının qurumasını gözləmələridir. Hər çiməndə saç diblərinə masaj edirlər.