Səhərlər oyananda göz qapaqları şişir. Bunu aradan qaldırmaq üçün bir çox üsul var.
Çiy kartof
Kartofları yaxşıca dilimləyin. Göz qapaqlarınızın üstünə qoyub 10 dəqiqə gözləyəndən sonra mütləq su ilə təmizləyin.
Xiyar
Xiyar dilimlərini 25 dəqiqə ərzində gözlərinizdə saxlayıb şişkinliyi azalda bilərsiniz.
Buz
Buz dlu paketi dözə bildiyiniz qədər gözlərinizin həm üstündə, həm də altında saxlayaraq qısa müddətə şişi yox edə bilərsiniz.
Çay paketləri
İstifadə olunmuş çay paketlərini 15 dəqiqə göz qapaqlarınızın üstündə saxlayın.
Yumurtanın ağı
1 yumurtanın ağını yaxşıca qarışdırdıqdan sonra fıra köməyi ilə göz qapaqlarınıza çəkin. Quruduqdan sonra ilıq su ilə yuyun.