Qurumuş dodaqlarınız üçün qaş fırçası istifadə edin
Qurumuş dodaqların peelingi üçün dodaq fırçası yerinə qaş fırçası istifadə edə bilərsiniz. Dodaq balzamını dodağa çəkib gözləyin. Sonra qaş fırçası ilə ovalayın.
Qarğıdalı nişastası ilə dırnaq boyasını matlaşdırın
Bir şüşə dırnaq boyasının içinə 1 çay qaşığı qarğıdalı nişastası əlavə edərək, lakı matlaşdıra bilərsiniz. Bu üsulu kiçik kasada da edib dırnaqlarınıza çəkə bilərsiniz.
Makiyaj sabitləyici sprey yerinə, gül suyu istifadə edin
Makiyajın sonunda istifadə etdiyiniz sprey yerinə, gül suyu istifadə edə bilərsiniz. Gül suyu makiyajınızı sabitləyəcək, üzünüzə təbii parlaqlıq qazandıracaq.
Makiyaj fırçasını yumaq üçün...
Adətən makiyaj fırçalarını yumaq üçün xüsusi şampundan istifadə edirlər. Bunu etməyin daha ucuz və bəsit yolu var. 1 çay qaşığı yuyucu vasitəniilıq su ilə qabda qarışdırın və 1 yemək qaşığı sirkə əlavə edin. Bu qarışımla fırçalarınızı təmizləyin və sonra durulayın.