Banan qabığını adətən atırıq. Amma banan qabığı vitaminlə zəngindir. Ondan istifadə edərək gözəlləşə bilərik. Banan qabığının gözəlləşdirən xüsusiyətlərini sizə təqdim edirik.
Şişmiş gözlərdən xilas olmaq üçün, banan qabığının iç qismini gözlərinizin üstündə bir neçə dəqiqə saxlayın.
Qırışları azaltmaq üçün, həmin bölgələrdə 30 dəqiqəlik banan qabığını saxlayın.
Sızanaqların müalicəsi üçün, problemli bölgələrin üstünə gündə bir neçə dəfə banan qabığı sürtün.
Dişlərinizi ağartmaq üçün bir neçə dəqiqə 1-2 dəfə banan qabığını gəzdirin.