Qalın qaşlar və kirpiklər üçün
Aloe vera, E vitamini və Hindistan qozu yağını birlikdə qarışdırın. Tuş fırçası ilə bu qarışımı qaşlarınıza və kirpiklərinizə çəkin. Bir ay ərzində gecə yatmadan əvvəl bunu tətbiq edin.
İpək kimi ayaqlar
2 yemək qaşığı limon suyu, 2 su stəkanı şəkər və 2 yemək qaşığı suyu qarışdırın. Qızılı rəng alana qədər az dərəcədə isidin. Sonra dərinizə çəkin və sürətlə çəkin. Tüklərdən xilas olacaqsınız, bu üsul dəriyə zərər verməz.
Yumşaq daban üçün
Dabanlarınızı isladın və 2 fincan isti su, yarısına qədər qabartma tozu və 1 fincan sirkəni qarışdırın. 15-20 dəqiqə ərzində bu qarışımla ayaqlarınızı isladın. Quruduqdan sonra qidalandırıcı krem çəkə bilərsiniz.
Parlaq qoltuqaltları üçün
Bir ədəd çiy kartofu sürtgəcdən keçirib həmin bölgəyə sürtün. Yarım saat gözlədikdən sonra yuya bilərsiniz.