Qadınların əvəzedilməz gözəllik məhsulu olan ətirlər, hər qadının sevimlisidir. Qoxusuna görə seçilən ətirlərin uzun müddət qalması üçün nə etməli?
Ətirin qalıcı olması üçün nə etməli?
- Ətirin qalıcı olması üçün ətiri paltarlarınıza deyil, dərinizə vurun. Bədənə sıxılan ətir, bədən istiliyi ilə birləşi, daha sürətli yayılır.
- Ətiri 15-20 sm uzaqdan sıxın və özündən qurumasını gözləyin. Ovalayaraq çəkdiyiniz ətirdən başqa qoxu ortaya çıxa bilər.
- Ətirin qalıcılığını artırmaq üçün nəbz olan bölgəyə sıxmağınız daha uyğundur. Qulaq arxası, boyun, bilək və ya sinə bölgəsi damlarının keçdiyi nöqtələr nəbz bölgələridir.
- Saçlarından gözəl ətir gəlməsini istəyənlər, daraqlarına ətir vurub saçlarını daraya bilər.