Qadin.NET / Yayın aktual problemi

Yayın aktual problemi

Ev şəraitində ayaqlar üçün super-maska

Yayda açıq ayaqqabılarda çox gəzdiyimiz üçün ayaqların altı bərkiyib, yara olur, dabanlar çatlayır və dəri kobudlaşır. Günün sonunda ağ və ya qara çörəyin yumşaq hissəsini sirkəli suda isladaraq, problemli yerlərə maska edib, corab geyinərək, yatın.

 Almanı sürtgəcdən keçirib (1/2 stəkan), eyni miqdarda pivə ilə qarışdırıb, üzərinə 50 qr. kərə yağı tökün. Zədələnmiş yerlərə maska edib, üzərinə tənzif bağlayın. 20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun. Prosedur bir həftə ərzində, hər gün təkrarlanmalıdır. 

Yayın aktual problemi 

Yayda yağlı dəri probleminə son!

Yayda yağlanıb, tozlu havadan çirklənən və tez-tez civzələrin, qara nöqtələrin əmələ gəldiyi dəri üçün super effektiv maska!

1-2 x/q göl süngərini (bodyaqa) 3%-li bor turşusu ilə sıyıq halına gələnə qədər qarışdırıb, üzə 15-20 dəqiqəlik çəkib, soyuq su ilə yuyun. 

Yayın aktual problemi

Çiyələk iyi arıqladır

Qərb alimləri idman, pəhriz və dərman vasitəsilə arıqlamağa son qoydular. Budəfəki metodun orqanizmə zərrə qədər ziyanı yoxdur. İybilmə qabiliyyəti super olan insanlar, diqqətli olun!

Yel Universitetinin alimləri sübut ediblər ki, arıqlamaq üçün həftədə azı 4 dəfə. 40 dəqiqə qaçmaq lazımdır. Bu vaxt metobolizm sürətlənir və orqanizm 23% daha çox kalori "yandırır". Bunun isə effekti uzunmüddətli olur. Kuper Universitetinin araşdırmaçıları isə açıq havada gəzmək və xizək sürməklə orqanizmin 20% daha çox kalori "yandırdığını" sübut ediblər. Lakin Çikaqo Universitetinin alimləri bu idman növlərini sadəcə, bir çiyələklə əvəz etməyi bacardılar. Sən demə, çiyələk və ya pop-korn iyləməklə doyma hissini gücləndirmək və yeməkdən uzaqlaşmaq mümkündür. Bio-aromaterapiya nəticəsində orqanizm 20% daha çox kalori "yandırır". 

Yayın aktual problemi
6 sentyabr 2011
GO BACK