Lazım olan ərzaqlar
1 fincan noxud unu
2 ç/q zərdəçal
süd
Bir kasada noxud ununu və zərdəçalı yaxşıca qarışdırın. Qarışdıraraq yavaş-yavaş süd əlavə edin. Qarışdırarkən yaxşı qarışdırdığınızdan əmin olun. Xəmir halına düşdükdən sonra üzünüzdəki tüklərin üstünə çəkin.
Qarışım quruyana qədər gözləyin. İlıq su ilə durulayın. Dəsmalla xəfif toxunuşla qurudun. Üzdəki tüklər üçün noxud unu maskasını həftədə bir neçə dəfə istifadə edə bilərsiniz.
Bu maskanı tətbiq edərkən üzdə qaşınma, qızartı və ya qıcıqlanma hiss etsəniz, həmin dəqiqə yuyun və nəmləndirici çəkin.