Dişlərinizi və diş ətlərinizi qoruyun: Diş çürükləri və diş iltihabları ağız qoxusunun əsas səbəblərindəndir. Ağız içində infeksiya, bakteriya artımı daima ağız qoxusuna səbəb olar. Buna görə də, mütləq diş sağlamlığının qeydinə qalmaq lazımdır. Davamlı olaraq gündə iki dəfə dişlər fırçalanmalıdır.
Saqqız çeynəyin: Tüpürçək axışını artırmaq və ağız qoxusu ilə mübarizə aparmağın ən güclü yollarından biri saqqız çeynəməkdir. Bir çox səbəblərdən yaranan ağız quruluğu ağız qoxusuna səbəb olar. Amma şəkərli saqqızlardan uzaq olun. Belə saqqızlar dişlərin çürüməsinə səbəb olur.
Burun tutulması: Burun tutulduqda ağızla nəfəs almaq məcburiyyətində qalırıq. Bu hal boğazı və ağızı qurudaraq bakteriyalar üçün ideal şəraitə çevrilir. Ağız qoxusu yaranmağa başlayır.
Yaxşı çeynəyin: Tikələri yaxşı çeynəyin, yeməklə tüpürcək suyunun qarışması, ağızda yemək qalmasının qarşısını alar. Daha çox çeynəmək ağızdakı bakteriyaları yox edər.
Diş ipindən istifadə edin: Diş ipi fırçanın çatmadığı yerlərə çataraq bakteriya və yemək qalıntılarını diş aralarından çıxardar.
Siqaret çəkməyin: Siqaret ağız quruluğuna səbəb olduğundan, ağız qoxusuna səbəb olar.