Aloe Vera Bitkisinin vətəni Afrikadır. Aloe Vera bitkinin tərkibində çoxlu mineral, vitamin var. Alternativ tibb sahəsində istifadə edilmə səbəbi budur.
Aloe Veranın faydaları və 10 dəri baxımı tövsiyəsi
- Makiyajdan əvvəl istifadə edə biləsiniz.
- Gücsüz dırnaqlar və sərt əllər üçün olduqca faydalıdır. Dırnaqlarınıza çəkəsəniz dırnaqlarınızın getdikcə sərtləşdiyini görəcəksiniz.
- Çatlamış əllərinizə və ayaqlarınıza alo vera geli çəkin.
- Hamamdan çıxandan sonra dəriniz qızarırsa, Aloe Vera dərinizi sakitləşdirə bilər.
- Aloe Vera günəş yanıqları üçün də faydalıdır. Dərini sakitləşdirir.
- Sızanaqlara qarşı təsirlidir. Sızanaqlar olan bölgəyə çəkə bilərsiniz.
- Dəridə yaranan qızatıları, qaşıntıları aradan qaldırmaq xüsusiyyətinə malikdir.
- İdman və pəhrizlə, selülite qarşı istifadə edilir.
- Quruyan dodaqlarınızı və dərinizi onunla nəmləndirin.