Qadin.NET / Diş baxımında 3 qayda

Diş baxımında 3 qayda

 

Diş baxımında 3 qayda

 

1- Diş fırçasını düzgün seçmək

Düzgün diş fırçası, ağız gigiyenası baxımından çox vacibdir. Günümüzdə marketlər rəngarəng diş fırçaları ilə doludur. Uşaqlara diş fırçası alarkən yaşlarına uyğun fırçanı almağa diqqət etməlisiniz. Böyüklərlə eyni boyda fırçadan istifadə etməməlidirlər. 

Diş fırçaları növbənöv olur. Avtomat diş fırçalarından da istifadə edə bilərsiniz. Diş fırçası alarkən yumşaq olmasına diqqət edin. Köhnəlmiş fırçaları atın.

 

Diş baxımında 3 qayda

 

2- Diş məcununu düzgün seçmək

Həssaslığı azaldan diş məcunu seçin. Bu diş məcunları soyuq, isti və s kimi həssaslıq yaradan halları aradan qaldırır. Diş ağardan diş məcunları uzun müddət istifadə olunduqda dişdə həssaslaşma meydana gəlir. Bundan əlavə, hər ağzın özünəməxsus xüsusiyyətləri var. Diş məcunu özünü uyğun seçməyə çalışın.

 

Diş baxımında 3 qayda

 

3- Fırçalayanda tələsməyin

Dişinizi fırçalayarkən tələsməyin. Diş fırçasını diş ətlərinə 45 dərəcəlik bucaq altında tutmalısınız. Fırçanın qısa dairəvi iləri geri hərəkətlə fırçalama iki dəqiqə müddətlə gündə 2 dəfə edilməlidir. Dişin üstü, içi və dişlərin çeynəmə tərəfləri fırçalanmalıdır. Köhnəlmiş diş fırçası dişlərinizə zərər verə bilər. 

 

Diş baxımında 3 qayda

 

15 avqust 2018
GO BACK