Təbii ki,gözəl dəriyə sahib olmaq hər bir qadının arzusudur.Təəssüf ki,bütün qadınların bu cür dərisi yoxdur.Lakin üz dərisi üçün maskalardan istifadə etməklə istədiyiniz kimi dəriyə qovuşa bilərsiniz.Sizə təqdim etdiyim maska dərini daha da təravətli və gözəl edir.Yay günlərində dərinin xüsusi bir qayğıya ehtiyacı vardır.Buna görə də ona qulluq etmək lazımdır.Unutmayın ki,gözəllik xanımlarda özünə inamı artırır.
*1 yumurtanın sarısı
*nanə dəmlənməsinin suyu 3-4 damcı
*zeytun yağı
*1 çay qaşığı un
*bananın 1/3 hissəsi
Bunlar qarışdırılır və üzə çəkilir.Sonra isə ilıq su ilə yuyulur.
Bu maskanı ay ərzində 2 dəfə 15 gündən bir etmək lazımdır.