Gözəl sima , yaraşıqlı görkəm Allahın insana verdiyi bonusdur. Bu bonusdan necə istifadə etmək insanın öz öhdəsinə düşür. Müəyyən vaxt ərzində insanın zahiri gözəlliyi onun daxili( səmimiliyi,mehribançılığı,ağlı) xüsusiyyətləri ilə tamamlanır. İnsanın hər xüsusiyyəti -siması,geyimi,ruhu və düşüncələri gözəl olmalıdır.Əgər gözəllik sadəcə sima ilə kifayətlənirsə demək insan ona verilən bonusu hədər yerə xərcləmiş. Mən bu yazıda olanların heç də əksini düşünmürəm insan özünə hər zaman baxmalıdır.Yazıya bir az gülməli olsun deyə əlavələr etmişəm hər halda bəyənərsiniz.
Xanımlar gün ərzində 5 dəqiqə özlərinə güzgüdə baxıb deyirlər "Ən gözəl mənəm, Məndən gözəli yoxdur" :love:
Xanımlar ay ərzində 42 manat saç kəsiminə və yeni saç düzümünə pul xərcləyirlər. Vay o günə ki, saçları seyrək olsun yəni keçəl o zaman 200 manat ancaq saç əkdirməyə verəcəklər
Hər gün xanımlar 49 dəqiqə bəzənməyə sərf edirlər :wassat: Kişinin gününü vururlar qaraya ki, 50 dəqiqə belə gün ərzində özümə baxa bilmirəm
Aya 23 manat ancaq manikürlərinə xərcləyirlər :fellow: Hələ bu azmış kimi qoyma dırnaqlardan da istifadə edirlər ki, manikür edən qız səriştəsiz idi pis günə qoydu manikürümü
Xanımlarımızın 81 faizi daxili gözəlliyə üstünlük verir 19 faizi isə belə xanımlara baxımsız xanım deyirlər axı bəziləri üçün daxili gözəllikdənsə xarici gözəllik önəmlidir. :no:
Düzdür mən bir az məzəli olsun deyə cümlələrdə əlavələr etmişəm .Real baxdıqda isə həqiqətən belə insanlar çoxdur . Sizə isə sualım .
Əziz xanımlarımız sadalananlardan hansı sizə aiddir?