Dərinin təbii rəngini qaytarmaq üçün losyon
Nanə ilə dərinizin təbii rəngini geri qaytara bilərsiniz. 4 yemək qaşığı quru nanənin üzərinə 200 ml isti su tökün. 30 dəqiqə gözləyin. Soyuyandan sonra içinə 1 yemək qaşığı təzə xiyar suyu əlavə edin. Ayrı bir qabda bir ovuc cəfərini qaynadın. Soyuyandan sonra onu da nanə suyuna əlavə edin. Hər gün bu qarışıq ilə üzünüzü ovuşduraraq masaj edin.
Nanə ilə göz baxımı
Dəmlənmiş təzə nanəyə pambığı batırın və bu pambığı 2-3 dəqiqəlik gözünüzün üstünə tutun. Bu kompres rahatlaşdırır və yorğun gözlərə yaxşı təsir edir. Dəridə qırışıların yaranmasına mane olur.
Ayaqlar üçün
Duşdan sonra nanə suyu ilə ayaqlarınızı durulayın. Göbələk kimi infeksiya xəstəliklərindən qoruyur. Ayrıca, ayaqlarınızı 10-15 dəqiqə ilıq nanə suyunda vanna etsəniz, təsirini görərsiniz.