Qadin.NET / Gözəllik tövsiyələri

Gözəllik tövsiyələri

 

Hindistan qozu yağı ilə baxım

Qadınlar sağlam saçların və gözəl dərinin gözəllik simvolu olduğunu bilir. Ancaq saç və dəri baxımı büdcəyə görə göz ardı edilə bilir. Ən sərfəli və asan üsulu sizə təqdim edirik. Hindistan qozu yağı möcüzəvi nəmləndiricidir. Həmçinin saçlarının yumşalmasına da kömək edir.

Gözəllik tövsiyələri

 

Göz qələmi, dodaq boyası

Makiyaj etməyə saatlar ayırmayın, hər mühitə uyğun və sürətli makiyaj üçün sadəcə göz qələmi və dodaq boyasını mələhət görürük. Göz qələmi ilə yuxusuz gecələrin üstünüzdə buraxdığı təsiri gizlətmiş olacaqsınız. Günün axışına görə xəfif və ya cəsur rəngdə dodaq boyası ilə evdən çıxmağa hazırsınız.

Gözəllik tövsiyələri

 

Saçda istiliyə yox

Saçınızda fendən istifadəni dayandırdıqda evdə tez çıxa biləcəksiniz. Gecə yatmadan əvvəl duş alırsanız, yatağa girmədən saçını xəfif qurudun və hörün. Səhər oyananda saçınızı burmağa ehtiyac olmayacaq. Hörükləri açdıqda saçlarınız burulmuş olacaq.

Gözəllik tövsiyələri

 

 Saçınızı hər gün yumayın

Qısa saçların rahatlığını yoxlamağı istəyərsiniz? Qısa saçlar modern görüntü yaratmaqla bərabər rahatlıq yaradır. Bundan əlavə saçınızı hər yumaq yerinə iki gündən bir yumaq imkanı əldə edirsiniz. Hər yuyaraq saça verdiyiniz zərəri azaltmış olursunuz.

Gözəllik tövsiyələri

25 fevral 2018
GO BACK