Qadin.NET / Kahı maskası

Kahı maskası

Kahı maskası

KAHININ FAYDALARI
Kahı bol su ehtiva etdiyindən bədəndəki toksinləri atıb təmizləyir, zəngin A vitamini sayəsində dəriyə hamarlıq qazandırır. C vitamini ilə də dərini gücləndirib mənfi xarici faktorlara qarşı qoruyur.
NƏ ETMƏLİSİNİZ?
Sağlam, təzə və işıltılı bir dəri istəyirsinizsə əvvəlcə maksimum səviyyədə bir nəmləndirmə təmin etməlisiniz. Bu səbəblə bol su ehtiva edən bütün meyvə və tərəvəzlər dərinizin dostu ola bilər. Bizim təklifimiz kahı ya da buruq salat. Hər ikisinin də ehtiva etdiyi su miqdarı dəriyə ehtiyacı olan nəmi təmin edəcək.
SİZƏ UYĞUN MASKA
Bir neçə kahı yarpağını qaynar suya batırıb 2 dəqiqə gözlədin və soyumağa buraxın. Yarpaqları təmizlənmiş yüzünüzə və boyunuza tətbiq edin. 20 dəqiqə gözləyib yüzünüzü ilıq su ilə yuyun. Dəsmal ilə tampon edərək qurulayın. Kahı maskası

30 iyul 2011
GO BACK