Gözəlliyinizə gözəllik qatmanız üçün evdə də bitki mənşəli maskalar edə bilərsiniz.
• Yumurtanı üzünüzə çəkin. Yumurta dərinizi yumşaldar və möhkələnməsinə köməkçi olar. Əvvəl ilıq, sonra soyuq suyla durulayın.
• Pambığı soyuq südə batırın və üzünüzü təmizləyin. Dərinizi çirkdən təmizlərkən dərinizin təzə görünməsini təmin edər. Makiyajınızı təmizləmək üçün də istifadə edilə bilərsiniz.
• Dörd badamı isti südün içinə qoyun, soyuduqdan sonra eyni südün içərisində əzin. Üzünüzə çəkin. 20 dəqiqə sonra yuyun. Dəri rənginizin düzəlməsinə köməkçi olacaq.
• Keşniş suyunu dərinizə çəkin. Məsamələrin bağlanmasını təmin edər. Eyni zamanda təbii ağardıcıdır.
• Pomidor suyunu üzünüzə çəkin və quruduqdan sonra durulayın. Dəri rənginizi nizamlar və tünd rəngli halqaları yox edər.
• Qarpız suyunu pambığın köməyi ilə üzünüzə 20 dəqiqə boyunca çəkin. Daha sonra soyuq suyla yuyun. Tonik funksiyasını yerinə yetirir.
• İlıq suya bezi batırın və üzünüzə çəkin. Məsamələriniz açılacaq. Bütün üzünüzə balı yayın. 20-30 dəqiqə sonra məsamələrin bağlanması üçün soyuq su ilə yuyun. Həftədə bir dəfə təkrarlayın.
• Az miqdarda limon suyu və balı qarışdırın. Dərinizə çəkin. Qarışım üzdə quruduqdan sonra durulayın. Dəri rənginizi nizamlayar və tünd rənglı halqaları yox edər.