Qadin.NET / Makiyaj etməkdən yorulanlar üçün

Makiyaj etməkdən yorulanlar üçün

 

1. Sağlam bir dəri

Dərinizin daha sağlam görünməsi üçün bir yemək qaşığı çobanyastığı çayını 1 stəkan su ilə qarışdırın və 30 dəqiqə dəmləyin. Azca soyuduqdan sonra bir çay qaşığı bal əlavə edin və 2 həftə ərzində səhər yeməyindən əvvəl bu çayı için.

Makiyaj etməkdən yorulanlar üçün

 

2. Daha uzun görünən kipriklər

Hind, badam, susam, xanımotu yağını bərabər miqdarda qarışdırıb içinə bir ədəd E vitamini əlavə edin. Bu qarışımı kiçik bir bankaya qoyub hər gecə yatmadan əvvəl kipriklərinizə çəkin. Nizamlı istifadə edildikdə 2 həftə ərzində kipriklərinizin uzandığını və çoxaldığını görəcəksiniz.

Makiyaj etməkdən yorulanlar üçün

 

3. Qırılmış saçlardan xilas olun

Baxımsız və pis görünməyin səbəblərindən biri də əlbətdə saçlardır. Qırılmış və baxımsız saçlarla makiyaj etsəniz də yaxşı görünməniz mümkün deyil. Makiyaj etmədən gözəl və sağlam bir görünüşə qovuşa bilmək üçün saçlarınızın da mükəmməl görünməsi lazımdır. Evdə hazırlaya biləcəyiniz bir maska ilə sağlam saçlara qovuşa bilərsiniz. 1 yumurta sarısını çırpın və yarım stəkan qatqısız qatığa əlavə edin. Bir yemək qaşığı hind yağı, avokado yağı, jojoba yağı və hind qozu yağı əlavə edib yaşıca qarışdırın. Bu qarışımı yaş saçlarınıza çəkin və bir saat gözləyin. 

Makiyaj etməkdən yorulanlar üçün

 

4. Nəmləndirilmiş hamar əllər

Baxımsız və qurumuş əllər pis görüntü yaradır və daha yaşlı görünməyinizə səbəb olur. Buna görə əllərinizi davamlı nəmli saxlamalısınız. Kiçik bir qutu əl kreminə bərabər miqdarda sirkə əlavə edin və 2 hətfə hər gecə yatmazdan əvvəl əllərinizə çəkin.

Makiyaj etməkdən yorulanlar üçün

 

5. Güclü və ağ dırnaqlar

Gözəl və güclü dırnaqlar üçün barmaqlarınızı limon suyunda saxlayın.

Makiyaj etməkdən yorulanlar üçün

 

6. Qara nöqtələrdə xilas olun

Evdə hazırlaya biləcəyiniz qara nöqtə maskaları ilə qara nöqtələrdən xilas ola bilərsiniz. Amma bu maskaların içində karbon kimi maddələrin olmadığından əmin olmaq üçün vaxt aparmaq istəmirsinizsə, hazır ara nöqtə bantlarından istifadə edə bilərsiniz. 

Makiyaj etməkdən yorulanlar üçün

 

 

7. Çatlamış dodaqlar

Bəlkə də gözəl və baxımlı görünməyinizi təmin edən ən böyük səbəblərdən biri sağlam görünən yumşaq və baxımlı dodaqlardır. Bərabər miqdarda turş krem və kök suyunu qarışdırın. Bu qarışımı dodaqlarınıza çəkin və 7 dəqiqə saxlayın.

Makiyaj etməkdən yorulanlar üçün
4 noyabr 2017
GO BACK