Baxımlı biri olmaq üçün, bahalı məhsullara və geyimlərə ehtiyac yoxdu. İstər ev qadını, istərsə də iş qadını olun kiçik detallara diqqət edərək daha baxımlı görünə bilərsiniz. Sizlərə baxımlı olmaq üçün diqqət edilməsi lazım olan 7 maddəni təqdim edirik:
- Davamlı aynaya baxaraq özünüzə inamınızı yeniləyin.
- Dəri tipinizə uyğun nəmləndiricilər istifadə edərək dərinizi qidalandırın.
- Makiyajınızı təmizləmədən yatmayın.
- Ayda bir manikür, pedikür və dəri baxımı etdirin. Bunun üçün gözəllik salonuna gedə bilmirsinizsə evdə özünüz edin.
- Şəxsi təmizliyə diqqət edin.
- Dişlərinizi gündə ən az 2 dəfə fırçalamağı unutmayın.
- Hər zaman diqqətli və parlaq görünməyə diddət edin. Evdə olsanız belə hər gün evdən çıxırsınız kimi geyinin.