Spirt və qab şampununu qarışdırın:
Makiyaj təmizləmə pambığı ya da qulaq çubuğuna spirti çəkin. Daha sonra bir damcı qab şampunu əlavə edin. Hazırladığınız qarışımı dərinizdəki saç boyası ləkələrinə nazikcə çəkin, sonra su ilə yuyun.
Qabartma tozu və qab şampunu:
Qabartma tozu ölü dərini qaldırma xüsusiyyətinə sahibdir. Üç yemək qaşığı qabartma tozu və bir yemək qaşığı qab şampununu qarışdırın. Ardından bir pambıqla dərinizə nazikcə çəkin. Ləkələrin itdiyini görəcəksiniz.
Sirkə:
Əgər digər iki üsul ilə istədiyinizi əldə edə bilmədinizsə, sirkəni yoxlaya bilərsiniz. Sirkəni azca boyalı bölgəyə çəkin. Həssas dəriniz varsa bunu etmədən əvvəl bir dəri həkiminə müraciət edin.