Qadin.NET / Möcüzəvi gözəllik iksirləri

Möcüzəvi gözəllik iksirləri

 

 

Möcüzəvi gözəllik iksirləri 

 

Suna Dumankayanın sadə vəsaitlərlə hazırlanmış baxım maskası qaydaları hər dəri tipi üçün hazırlanmışdır. Bu da təriflər:

Hər növ dəri üçün: 

1 dilim qovun 

1 stəkan saf su 

Qovunu suyla birlikdə qaynadın.10 dəqiqə boyunca mikserlə çırpın, üzünüzə və boynunuza çəkin.20 dəqiqə  sonra yuyun.

Həssas dəri üçün: 

Yarım banan 

1 çay qaşığı bal 

1 xörək qaşığı süd

 Bananı yaxşıca əzdikdən sonra süd və balı əlavə edin. Göz ətrafınız da daxil olmaqla üzünüzə çəkin, 20 dəqiqə gözləyib yuyun.

Qarışıq dəri üçün: 

Yarım şaftalı 

1 çay qaşığı limon suyu 

1 yumurta 

Yarım şaftalını əzin, püresini ayrıca çırpdığınız yumurta ağı ilə qarışdırın. Limon suyunu əlavə edərək, qarışımı bütün dərinizə və dekoltenizə çəkin.30 dəqiqə gözləyin.Sonra zeytunyağlı sabunla yuyub, dərinizə uyğun nəmləndirici çəkin.

25 iyul 2011
GO BACK