Lazım olan vəsaitlər:
* 6 ədəd aspirin
* 3-4 damcı isti su
* 3-4 damcı zeytun yağı (dəriniz qurudursa zeytun yağından istifadə edin)
Hazırlanması və istifadə qaydası:
Aspirinləri ortadan ikiyə bölüb isti suyu üzərinə əlavə edin. Taxta qaşıqla asprinlər yaxşıca əriyənə qədər qarışdırın. Dərinizdən axmayacaq qədər tünd bir konsistensiyaya gəldiyi zaman heç gözləmədən dərinizə sürtün. 10-15 dəqiqə gözlədikdən sonra (onsuz da maska bu müddət ərzində quruyub dərinizdən töküləcək hala gələcək) ilıq su ilə ovalayaraq çıxarın. Dərinizi dəsmalın köməyi ilə basmadan qurulayın. Sonra nəmləndirici krem ilə dərinizə qulluğu tamamlayın. Həftədə 1 dəfədən çox tətbiq edə olunmamalıdır. Diqqət: Əgər aspirinə qarşı allergiyanız varsa, bu maskanı tətbiq etməyin!
Ləkələrə qarşı pomidor maskası:
Pomidor dərimizin ən praktik köməkçisidir. Rəndələnmiş kiçik bir pomidoru azacıq bişirin. İçinə bir çay qaşığı yulaf unu, bir çay qaşığı zeytun yağı əlavə edin. Bu qarışığı üzünüzə çəkin və 20 dəqiqə gözünüzü yumub uzanın. Bu maska dərini günəş ləkələrindən təmizləyir.
Qarpız qabığıyla dərinizi canlandırın:
Qarpız qabıqlarını atmamaqda fayda var. Bir dilim qarpız qabığını şkafa qoyun. Yatmazdan əvvəl dərinizi təmizləyib, qarpız qabığının iç səthini üzünüzdə gəzdirin. İlk dəfədən faydasını görəcəksiniz.