Gözəl görünmək üçün bəzən kiçik amillərə ehtiyacımız olur. Bu cür məsləhətlər asan görünsə də, sizləri dəyişəcək.
Pivə saçlarınızı qısa zamanda gözəlləşdirə bilər. Onun tərkibində maya, minerallar və vitaminlər var. Eyni miqdarda pivəni su ilə qarışdırıb saçları yuduqdan sonra yaxalayın. Sarışınlar açıqrəngli pivədən istifadə etsinlər. Çünki saçınızın rəngi dəyişə bilər.
Burnun formasını kiçik göstərmək üçün onu tonlaşdırırlar. Evdə bunu etmək istəsəniz çəngəldən istifadə edərək, dəqiq xətt çəkə bilərsiniz.
Gözəl kirpiklərə sahib olmaq üçün uşaq kirşanından (prisipka) istifadə edin. Kirpiklərinizə bir qat tuş vurun. Sonra qulaq çöpü vasitəsilə onlara kirşan çəkin və yenidən tuş vurun.
Əgər dodaqlarınız nazikdirsə onu əvvəlcədən açıq rəngli tonal krem çəkin. Sonra dodaq qələmi ilə bir az kənarlarından çəkməyə başlayın. Üstündən istədiyiniz qədər tün dodaq boyası vura bilərsiniz.
Göz altınız çox tünddürsə, tək gözaltı krem kömək etmirsə qırmızı dodaq boyasından istifadə edin. Boyanı gözaltına asta çəkin. Üstündən iki dəfə gözaltı tonal krem vurun.