Kiçik toxunuşlarla gözəl olmaq və gözəlliyinizə gözəllik qatmaq istəyirsiniz?Gözəl bir cild,gözəl ətir saçmaq,baxımlı və cəlbedici dodaqlar,yumuşaq əllər və möhtəşəm dırnaqlar.Bu yazımda sizə gözəl və cəlbedici olmağın sirlərini danışacam.
Təmiz bir cild:Yumuşaq,gözəl və təmiz bir cild gözəlliyinizin ilk hədəfi olmalıdır.Həm kosmetik məhsullar,həm də təbii maskalarla dərinizə ipəksi bir görünüş qazandıra bilərsiniz.
Həftədə bir gün özünüzə uzun duş keyfi üçün zaman ayırmalısınız.cildinizdəki ölü dəriləri təmizləmək üçün həqiqi lifdən hazırlanan kisələrdən istifadə edin.Duşdan sonra cildinizi uşaq yağı ilə masaj edin,bu dərinizi dincəldəcək,həm də gün boyunca dəriniz yumuşaq olacaq.
Gözəl ətir:İnsan beyni ətirə qarşı çox həssasdır.İllər keçsə belə ətri duyduğu anda ətrin sahibini xatırlar.Keçmiş zamanlarda məktublaşmalar zamanı qadınlar məktublara ətir sıxarmışlar,beləliklə də varlıqlarını hiss etdirirmişlər.Siz də ətrinizlə yadda qalmaq istəyirsinizsə teninizə uyğun ətir seçərək ilk addımı siz atın.
Ətrinizin qalıcı olması üçün boyun,bilək və qulaq arxasına sıxın.Həmçinin ətir qutularının içində olan eyni ətirə sahib kremlərdən duşdan çıxdıqdan sonra cildinizə vurun,beləliklə,ətirin iyi cildinizdə uzun vaxt qalmış olacaq.
Cəlbedici dodaqlar:Danışarkən dodaqlarınıza fikir verilsin istəyirsiniz,ancaq ilk öncə buna siz fikir verməlisiniz.Hava dəyişəndə,vitamin azlığında çatlamış dodaqlarınıza təcili qulluq edin.İçərisində e vitamini olan dodaq kremlərindən istifadə edərək gözəl görünüşə sahib ola bilərsiniz.
Dodaq boyası seçimində isə cild rənginizə uyğun açıq və tünd rənglər seçə bilərsiniz.Açıq rənglər dodaqları nə qədər dolğun göstərirsə,tünd rənglər bir o qədər incə göstərir.
Baxımlı dırnaqlar:hər zaman diqqət çəkər.Manikür etdirməyə zamanınız yoxsa dırnaqlarınızı ilıq suda 10 dəqiqə saxladıqdan sonra dırnaq ətlərinizə geriyə itələyərək manikür edilmiş kimi görünüm qazandıra bilərsiniz.
Soyuq hava,yuyucu vasitələr və günəş əllərinizə pis təsir edir.Bunun üçün mütləq nəmləndirici əl kremlərindən istifadə edin.
Əl kreminizi evdə də hazrlaya bilərsiniz.Bunun üçün sizə lazım olan olanlar:
5 yemək qaşığı yulaf unu,1 yumurta sarısı,2 yemək qaşığı bal
Bunların hamısını bir şüşə qabda taxta qaşıqla krem halına gələnə qədər qarışdırırq.Kremi şüşə qabda (bankada)saxlayın və səhər axşam, gündə iki dəfə istifadə edin