Qadin.NET / Cazibədar dodaqlar

Cazibədar dodaqlar

Təsir edici dodaqlara sahib olmaq hər qadının haqqı və istəyi olduğunu çox yaxşı bilirik. Dolğun və təsir edici xəttlərə sahib dodaqlar üçün etməniz lazım olanlar.

* İçinizdən gəldiyi kimi gülün və eyni zamanda ağzınızın künc qisimlərini mümkün olduğu qədər yuxarı doğru aparmağa çalışın.

* Ağızınızı havayla doldurun. Ağızınızı açmadan, içəridəki havanı sola və sağa aparın.

* "Bir toyuq bir yumurta" cümləsini 30 dəfə təkrarlayın.

* Dodaqlarınızı içinizdən 10-a qədər sayaraq bir-birinə sıxın. Bu əsnada dodaq kənarları yuxarı doğru gedəcək. Bir az ara verin və yenidən edin. Bu məşq dodaq ətrafındakı əzələləri gücləndirər. Nə qədər erkən yaşda bu məşqi etməyə başlarsınızsa, irəlidə o qədər faydasını görərsiniz, dodaqlarınız büzülməz.

* Bir üst, bir alt dodağınızı sırasıyla dişlərinizin üzərinə çəkin. Bu hərəkət dodaqların ətrafındakı qırışları aradan qaldırar.

* Ağzınızı yaxşıca açın. Ağır-ağır bağlamağa hazırlanarkən, dodaqlarınız aralı qalsın. Sanki fit çalacaqmış kimi dodaqlarınızı büzün və 10a qədər sayın. Sonra bağlayın. Bu hərəkəti 1 dəqiqə təkrarlayın.

* Almacıq sümüyü əzələlərini dövrə xarici buraxaraq gülümsəyin.Dodaq künclərini növbəli yuxarı çəkin. Sonra barmaq uclarınız vasitəsiylə, dodaq kənarlarının yuxarı hərəkətinə müqavimət edin ki,bu əzələlər müqavimətə qarşı qüvvətlənsin.

4 iyul 2011
GO BACK