Qadin.NET / Gözəllik dərmanı: Kakao

Gözəllik dərmanı: Kakao

 

 

Gözəllik dərmanı: Kakao

Hamının həyatında vacib bir yer alan kakao tropik iqlim bitkisidir. Təbii yetişdirmə mühiti Cənubi Afrika, Qərbi Afrika, Qərbi Hind adaları olmaqla bərabər, tropik ölkələrin bir çoxunda yetişdirilməkdədir. Bu meyvənin ən vacib xüsusiyyəti toxumlarından şokolad istehsalında istifadəsidir. Kakao bitkisi təzə ikən limon sarısı rəngində, qurudulduqdan sonra isə tünd rəng alır. Son zamanlarda edilən elmi araşdırmalar kakaonun kosmetikanın hazırlanmasında  əvəz edilməz məhsullardan olduğunu göstərdi.

 

 

Gözəllik dərmanı: Kakao

Dodaqları nəmləndirir

Kiçik bir parça kakao yağını dodaqlarınıza çəkin ki, möhtəşəm qoxusu ilə dodaqlarınızın gün boyu nəmli və sağlam qalsın.

 

Quru və çatlamış dəriyə xeyirlidir

Bir parça kakao yağını dəridə quru və çatlamış bölgələrə istifadə edə bilərsiniz. Hamiləlik və ya çəki alıb vermə vəziyyətlərində çatlaq yaranmasının qarşısını almağa kömək olur. Tərkibindəki E vitamini sayəsində dərini qidalandırır, dəridə təbii bir parlaqlıq və elastiklik qazandırır. Dərini yeniləyir.

Gözəllik dərmanı: Kakao

Dərini nəmləndirir

Xüsusilə, həssas dəriyə sahib insanlar üçün bir nəmləndiricidir.

Saçları qidalandırır

Tərkibində olan antioksidanlar sayəsində bir çox sağlamlıq problemlərində dəstəkləyici olaraq istifadə edilə bilən kakao yağı, saçlar üçündə mükəmməl bir yağdır.Saçlarınızın sağlam parlaqlığına qovuşması, nəmlənməsi və yumşaq olması üçün kakao yağını mütləq yoxlamalısınız. Nizamlı istifadə saçlarınızın tez uzanmasını təmin edəcəkdir. 

 

 

Gözəllik dərmanı: Kakao
6 iyul 2017
GO BACK