Xanımların çoxları istərlər ki, SPA salonları ziyarət etsinlər,amma buna bəzən vaxt və maddi imkan yetmir.Buna görə qadınlar bədən gözəlliyini qorumaq və ruh sağlığına qovuşmaq üçün bu xidmətlərdən ev şəraitində də istifadə edə bilərlər.
Qeyd edim ki, “SPA” – nın açıqlaması latınca (Salus Per Aquam)dır ki, tərcüməsi “Su ilə gələn Sağlamlıq ” deməkdir.
Əvvəlcə özünüzə yaxşı bir yaşıl çay dəmləyin, ya da sevdiyiniz bir sok hazırlayın,yanında da çərəz.
SPA-nın əsas prinsipi tam olaraq rahatlamaqdır.
Vanna otağını səliqəyə salın.Lazımsız əşyaları çıxarın,təmiz dəsmallar asın.Şamları düzün və sakit,həzin bir musiqi açın.
Bir su dolu vazaya çiçək laçəkləri,ya da süni çiçəklər düzün və içərisinə sevdiyiniz qoxusu olan efir yağı damladın.
Vannanı su ilə doldurun,içinə yarım litr süd və bir neçə damcı efir yağı tökün.
Vanna otağının qapısını örtün və efir yağlarını qoxusu içərini doldurana qədər siz üzünüzə və saçınıza maska qoyun(zövqə görə)
Bədən masajı üçün kasanın içərisinə 1 stəkan isti süd,1 ç.q. bal, bir az yağ(körpələr üçün Johnson Baby yağı ola bilər) və 2 yemək qaşığı şampun töküb qarışdırın.Bununla bütüb bədəni masaj edin və ardından ilıq su ilə yuyun.
Vannadan sonra bədəni və üzü sevdiyiniz kremlə kremləyin.Saçları nə dəsmal,nə də fenlə qurutmayın.Sadəcə hamam xalatına bürünüb ya sakitcə uzanın,ya da xoşladığınız filmi və ya verilişi seyr edin...
Eləcə də baxa bilərsiniz: