Bitki mənşəli Süd Toniki:
Həssas, günəşdən yanmış və qurumuş, çatlamış cildlər üçün mükəmməl bir tonikdir.
İki yemək qaşığı quru ya da bir yemək qaşığı təzə qopardılmış bitkiləri (lavanda, ebegümeci, aynısafa çiçəyi) və 2/3 fincan qaynamış südü bir qaba tökürsüz və ağızını bağlayıb soyuyana qədər gözlədirsiniz. İncə bir parça köməyi ilə süzün və soyuducuda steril bir şüşədə mühafizə edin.
Alma Sirkəli Tonik:
İki yemək qaşığı alma sirkəsi ilə iki yemək qaşığı suyu qarışdırın. Pambıqla dərinizi bu toniklə təmizləyin. Göz ətrafınıza vurmamğa diqqət edin. Su ilə durulayın.
Bu tonik, dərinizi çirk və yağdan təmizləyərkən məsamələrinizin açılmasını təmin edər.
Çobanyastığılı Təmizləmə Südü:
Vəsait: Bir qəhvə fincanı yağlı süd, iki şorba qaşığı sarı çobanyastığı.
Tətbiq: İçinə su qoyulan bir qazanın üzərinə başqa bir qazan qoyular. Vəsaitlər üstdəki qazanda qarışdırılıb, vam atəşdə isidilər. Südün üzərində sürüşmək meydana gəlmədən, ocaqdan alınıb, iki saat istirahət etdirilər. Qarışıq süzüldükdən sonra, dəri silinər. Hazırlanan qarışıq, bağlı bir şüşədə, soyuducuda bir həftə saxlanıla bilər.
Hər cür Dəri Üçün Təmizləyici
Vəsait:
2 şirin qaşığı quru lavanda
2 şirin qaşığı quru gül yarpağı
4 şirin qaşığı yulaf
4 şirin qaşığı kaolin (gil)
Tətbiq: Sabun ehtiva etməyən bu təmizləyici hər cür dəridə mükəmməl nəticə verər.
Qəhvə çəkmə maşınında yulafı lavanda və gül yarpaqlarını un halına gələnə qədər çəkin. Hazırladığınız bu qarışığa gili qarışdırın və hava çəkməyən bir qaba qoyun. İstifadə edəcəyiniz zaman 1 çay qaşığı qədər tozu bir az su ilə ovucunuzda isladın, yumşaq xəmir formasına gətirin. Dərinizə masaj edərək çəkin və daha sonra soyuq su ilə yuyun. Bu təmzləyici gündə iki dəfə (səhər-axşam) istifadə edə bilərsiniz.
Mədən Sodası İlə Dəri Təmizliyi:
İçindəki zəngin minerallar sayəsində bütün dərilər üçün faydalı və bəsləyici bir toniktir. Dərinizi təmizlədikdən sonra, Doğalmaden sodası ilə isladılmış bir pambıq köməyiylə səhər və axşam dərinizi canlandırıb möhkəmləşdirin.
Dəri Möhkəmləşdirən Tonik:
Yarım fincan alma sirkəsi
1 qəhvə fincanı soda
Yarım fincan gül suyu
1 şorba qaşığı spirt
2 şorba qaşığı qliserin
Bütün vəsaiti yaxşıca qarışdırın. Spreyli şüşələrə qoyun, dərinizə püskürdün. Toniki buz dolabında 1 həftə saxlaya bilərsiniz. 1 həftə boyunca hər gün dərinizə tətbiq edin.
P.S. Bu yazı türk saytından tərcümədir, bəzi bitki adlarını Azərbaycan dilində bilmədiyim üçün türkcə yazdım, Azərbaycanda olan türk apteklərindən tapa bilməniz üçün.