Qadin.NET / Üz və bədən üçün maskalar

Üz və bədən üçün maskalar

 

Üz və bədən üçün maskalar


Bu maska üzü təzə və elastik edir.Bütün tip üzlər üçün istifadə edilir.Bunun üçün bizə:

 

        Bir yemək qaşığı qarğıdalı unu ( buğda unu ilə də əvəz etmək olar)

        Bir yemək qaşığı pendir

        Bir çay qaşığı bal

        Bir çay qaşığı zeytunyağı və ya başqa bitki yağları

        Dəniz duzu

       Hazırlanması: bunları bir yerdə qarışdırırıq. Təmiz olan üz,boyun və dekolte hissələrinə masaj edərək yayırıq.20-30 dəqiqə saxladıqdan sonra yumuşaq dəsmalla təmizləyirik.Üzdə qalan maska qalıqlarını ilıq su ilə yuyuruq.Lazım olsa nəmləndirici kremlərdən istifadə edin.Həftədə 1-2 dəfə,ümumilikdə 10-15 dəfə bunu təkrarlayın.

        Sızanaqlar üçün: iki ovuc buğda,2 stəkan suda əzilir.İki yumurta sarısı və 1 yemək qaşığı badam yağı qatılır.Üzə vurulur,quruduqdan sonra isə yuyulur.Ardından üzə gül suyu vurulur.Ləkələrin və sızanaqların azalmasına kömək edir.Sabah və axşam gündə iki dəfə vurulur.Bu maska şampun olaraq da istifadə edilə bilər,saçların parlamasına kömək edir.

        Sızanaq üçün:Səkkiz ədəd gül kələminin yarpağını 2 qaşıq zeytun yağı ilə mətbəx robotunda əzin.Qarışımı problemli dəriyə vurun,10 dəqiqə gözləyin və ilıq su ilə yuyun.Həftədə 1 və ya 2 dəfə edin.

 

Üz və bədən üçün maskalar

         İndi sizə verəcəyim maska resepti  üzdəki və bədəndəki ləkələri və sızanaqları təmizləmək üçündür.Bu maska sayəsində tərtəmiz bir cildə sahib olacaqsınz.

       1 çay qaşığı gil

       1 çay qaşığı qarğıdalı unu

       4 yemək qaşığı süd 

       4 damla lavanda yağı

        Hazırlanışı: Bunların hamısını qarışdırın.Üzünüzə yayın və 7 dəqiqə saxlayıb sonra yuyun.

       Qırışıq problemi olanlar maskadan sonra üzünə şabalıd yağı vursunlar.

       Sızanaq problemi olanlar isə maskadan sonra  rozmarin yağını pambıq vasitəsilə üzə vursun.1 dəqiqə sonra isə yuyun.

       Sızanaq ləkələri üçün bir maska daha.

       1 stəkan təzə paxlanın içini qaynadıb əzirik və içinə badam yağını qarışdırıb üzümüzə vururuq.20 dəqiqə gözləyib, ilıq su ilə yuyuruq.Bunu həftədə bir dəfə edirik.

26 avqust 2011
GO BACK