Günlük təkrarlanan gözəllik hərəkətlərinizə bu addımları əlavə edin və qısa bir müddət içində gur qaşlara qovuşun.
Evinizdən belə çıxmadan təbii qalın qaşlara sahib ola bilərsiniz. Gur və sağlam qaşlar üçün lazım olan bütün ləvazimatlat dərman şkafınızda ya da soyuducunuzun içərisində mövcuddur. Etməyiniz lazım olan tək şey bu serumu hazırlamaq və 3 gün boyunca istifadə etməkdir.
Ehtiyacınız olanlar:
- Aloe vera geli
- Hind yağı
- 2 ədəd E vitamini kapsulu
(Bunları aptekdən ala bilərsiniz.)
Bir qabda 1 çay qaşığı aloe vera gelini, 2 çay qaşığı hind yağını və 2 ədəd E vitamini kapsulunu qarışdırın. Qulaq çubuğu yardımı ilə bu yağı 3 gecə boyunca hər gecə kipriklərinizə və qaşlarınıza çəkin.
Qaşlarınızı qidalandıraraq gurlaşdıracaq və son illərin modası olan qalın qaşlara sahib ola biləcəksiniz.