Qadin.NET / Vaxtı olmayan analara bəsit gözəllik tövsiyələri

Vaxtı olmayan analara bəsit gözəllik tövsiyələri

 

Xüsusilə, yeni doğum etmiş bir ana, evinə yeni gəlmiş körpəyə, bədənindəki və həyatındakı dəyişikliyə uyğunlaşmağa çalışarkən ən çox özünün qırağa qoyur. İlk həyəcanı üzərindən atdıqdan sonrakı zamanda isə çatdırmamaq problemləri ortaya çıxır. Uşaq bəslənməli, yatızdırmalı, öyrədilməli, ağlayınca sakitləşdirilməli, xəstələnəndə isə başında dayanmaq lazımdır. Bu siyahı uzanıb gedə bilər. Bundan əlavə evin işi, yemək, ütü, paltar, təmizlik deyərkən qarşımıza saçları tələsik yığılmış, gözləri yuxusuzluqdan şişmiş, bir pijama ilə günlərini keçirən bir qadın çıxır. İstər işləyin, istər evdə uşaq baxan bir ana olun, bu qaçışdırma həmişə eynidir. Bu vəziyyətdə, qadın ərindən əvvəl özünü narahat hiss etməyə başlayır. Getdikcə özünə olan özgüvəni azalar. Halbuki, bu qədər işin içərisində özünüzə ayıracağnız qısa zamanla, daha baxımlı və gözəl ola bilərsiniz. Qısa zaman ərzində gözəl görünməyinizi təmin edəcək tövsiyyələr;

 

Vaxtı olmayan analara bəsit gözəllik tövsiyələri

Saçlarınızın formasına diqqət edin

Daranmasa da, hətta yataqdan təzə qalxdığınızda belə yaxşı görünəcək bir saç forması seçin. Düzəltmək üçün xeyli əzab çəkməyəcəyiniz, bir formada saçınızı kəsdirin.

 

Vaxtı olmayan analara bəsit gözəllik tövsiyələri

Yaxşı bir tonal krem seçin

Yorğunluqdan gözaltında yaranan halqaları, üzünüzdə yorğun ifadəni örtəcək gözaltını tonal kremlərdən istifadə edin.

 

Vaxtı olmayan analara bəsit gözəllik tövsiyələri

Tuş sürtün

Kirpikləriniz uzadıb, dolğunlaşdıracaq tuşlardan istifadə edin. Amma tuşu tətbiq etmədən əvvəl kirpikləri qatlamağı unutmayın. Əgər büdcənizə uyğundursa, hazır kirpiklərdən də istifadə edə bilərsiniz.

 

Dodaqları unutmayın

Yalnızca parıldadıcı ilə çox əziyyət çəkmədən gözəlləşə bilərsiniz. Evdə, çantada, maşında, hər yerdə bir parıldadıcı dodaq boyası saxlayın. Anında və ucuz işıldama üsuludur.

 

Qırmızı gözlərə ən yaxşı həll

Yuxusuzluğun ən yaxşı dərmanı makiyaj etməkdir. Əgər gözləriniz qızarıbsa, gözlərinizin içinə dəri rəngi bir göz qələmi çəkərək qırmızılığı örtə bilərsiniz.

 

Vaxtı olmayan analara bəsit gözəllik tövsiyələri

Xarici gözəllik daxildən başlayar.

Su için. Bol-bol su içərək həm özünüzü yaxşı hiss edəcəksiniz, həm də təbii olaraq parıltılı bir dəriyə sahib olacaqsınız.

 

Vaxtı olmayan analara bəsit gözəllik tövsiyələri

Hər ananın dostu: Gün eynəkləri

Bəzi zamanlar bütün bunları etməyə vaxtınız olmaz. Bu kimi hallarda, böyük qara çərçivəli eynəklə, yorğunluğunuzu gizlədə və şık görünə bilərsiniz.

 

 

17 oktyabr 2017
GO BACK