Qadınlar çox qədim dövrlərdən bəri həmişə gözəl olmağın və gözəl qalmağın sirrini araşdırmışdılar. Bu gün kosmetika məhsulları məşhur olaraq istifadə edilir, lakin keçmişdən bu günümüzə qədər təbii gözəllik sirrləri inanılmaz təsirlər bağışlamışdır. Sizə bu gün belə təsirini itirməmiş qədim gözəllik sirlərini təqdim edirik.
Zeytun yağı
Qədimdə bu möcüzəvi yağı "Qızıl" adlandırırdılar. Zeytun yağının dəri və saç baxımına da gözəlliyə olan təsirləri artıq sübut edilmişdir. Hətta bu gün edilən bir çox baxım məhsulunun tərkibində zeytun yağı var.
Kisə
Kisə, mükəmməl bir şəkildə ölü dəri hüceyrələrini təmizləyir.
Gül tərkibli kremlər
Həm gözəl, həm də dərinin canlı qalmasını təmin etmək üçün sıx-sıx istifadə edilən bitkilərin başında güllər dayanır. Gül suları ilə yuyunmaq bir gözəllik mifidir.
Bal maskaları
Bal, minlərcə ildir istifadə edilən və gözəllik üçün saysız faydası olan bir qidadır. Məsələn, anti-selülit masajı etmək üçün problemli hissənizə bir az bal çəkib masaj edə bilərsiniz.
Xına
Xına, qadınların saçlarını rəngləmək, gücləndirmək və canlılıq gətirmək üçün istifadə etdikləri qədim bir gözəllik üsullarıdır. Üstəlik tamamilə təbiidir.
Yumurta maskaları
Xüsusilə, saçların parlaması və güclü olması üçün istifadə edilmişdir.