Qadin.NET / Şəkildə gözəl görünməyin incə məqamları

Şəkildə gözəl görünməyin incə məqamları

Şəkillərdə daha yaxşı görünməyinizi və özünüzü daha yaxşı hiss etməyiniz üçün sizə köməklik göstərəcək incə məqamları sizə təqdim edirk.

Şəkildə gözəl görünməyin incə məqamları

Dərnizi pudralayın

Dəriniz yağlı olmasa da üzünüzün alın, burun, çənə bölgəsini pudralayın. İşıltılı bir üz bəzən şəkillərdə yağlı görünə bilir. Pudra isə bunun qarşısını alacaqdır.

Şəkildə gözəl görünməyin incə məqamları

Kipriklərinizi ayırmayın

Çox qatı tuş və hətta qoyma kipriklər gözlərinizi yorğun göstərər və şəkildə diqqət çəkər. Təbii kipriklər, bir-birindən ayrılmadan şəkildə daha gözəl görünəcəkdir.

Şəkildə gözəl görünməyin incə məqamları

Bucağı düzgün seçin

Selfi çəkərək, kameranın ən uzun qola sahib olanda olması ən yaxşısıdır. Kameranı yuxarıda tutun və azca üzünüzü aşağı baxacaq şəkildə saxlayın. 

Şəkildə gözəl görünməyin incə məqamları

Gülümsəmək vacibdi

Özünüzü əvvəlcə qəribə hiss etsəniz də aynanın qarşısında gülüş məşqləri edin və fərqli ifadələri yoxlayaraq çoxlu selfi çəkin. Sonra isə sizə həm təbii görünən, həm də yaraşan gülüşü seçin.

Şəkildə gözəl görünməyin incə məqamları

Qaşlarınızı doldurun

Qaşlar üzün çərçivə funksiyasını yerinə yetirir. Yaxşı çərçivələnmiş bir qaş quruluşuna sahib olmaq, şəkildə fərq yarada bilir. Qaşlarınızı formaya salmaq üçün bir az çox zaman ayırmalısınız. Qaş qələmi mükəmməl miqdarda istifadə edildikdə qaşların dolmasını asan və təbii hala gətirər.

Şəkildə gözəl görünməyin incə məqamları

Parlaq gözlər

Gözlərinizin daxili künclərindəki parıltı bir az artıra bilərsiniz. Şəkildə hər zaman yaxşı görünməyə bilər. Açıq tonlu bir qələmlə gözlərinizin daxili künclərinə qatılıq verərək aydınlaşdırın. Bu baxışlarınızı daha canlı və təzə görünməsini təmin edəcəkdir.

Şəkildə gözəl görünməyin incə məqamları

Dodaqlarınızı çərçivələyin

Tətildə uzun söhbətlər, yemək və davamlı bir şeylər içdiyinizdən, sadəcə dodaq boyası  kafi olmayacaqdır. Bu səbəbdən dodaq boyasından əvvəl dodaq qələmi ilə bir astar yaradın. Bu, dodaq boyanızın uzun müddət xarici təsirlərdən qoruyacaq və daha da gözəl görünməsini təmin edəcəkdir.

8 aprel 2017
GO BACK