Qadin.NET / Dərinizə uyğun ətri necə seçməli?

Dərinizə uyğun ətri necə seçməli?

Dərinizə uyğun ətri necə seçməli?

Ətir istifadə edərkən nələrə diqqət edəcəyinizi, təsirini və qalıcılığını necə artıracağınızı, dəri tipinizə görə ətirləri hansı miqdarda istifadə edəcəyinizi bilirsinizmi?

Mütəxəsislər, görünüşünüzü gözəl bir ətirlə tamamlamaq istəyənlər üçün düzgün ətir istifadə etməyin sirlərini deyir:

Təmiz dəriyə tətbiq edin

Ətirin gözəl iyininin gəlməsi üçün istifadə olunan bölgənin təmiz olması lazımdı. Təsir edici və gözəl bir iyin ilk şərti təmiz bir dəridir. Xüsusilə çimdikdən sonra vurulan ətir daha çox qalıcı olur. Çünki dəridəki dəliklər açılır və iy daha yaxşı hopur.

Sizdən gözəl iy gəlməsi üçün ətri doğru yerə vurun

Ətrin qalıcılığını artırmaq və uzun müddət gözəl ətrin gəlməsi üçün bədənizdəki doğru yerləri tapmağınız lazımdır. Nəbzin atdığı yerlər ətrin qalıcılığını və gözəl iyi dəstəkləyən ən yaxşı yerlərdir. Biləklər, boyun, sinə arası, qulaq arxası və diz araları daha isti və nəmli yerlər olduğu üçün ətir bu bölgələrdə istifadə edilməlidir. Buralara vurulan ətir yayılaraq daha uzun davam edən qalıcılıq yaradır.

Ətir seçərkən dəri tipinizə diqqət edin

Ətir seçərkən diqqət edilməli olan bir digər fakt dəri tipidir. Dəri tipi ətirin qalıcılığına təsir edir. Dəri tipinizi bildikdən sonra işiniz daha asan bir hala gəlir. Ətiri daha çox saxlayan yağlı tip dəriyə sahibsinizsə, şanslısınız. Ancaq quru bir dəriyə sahib olanlar üçün vəziyyət bir az fərqlidir. Mütəxəsislər, quru dəridə ətirin qalıcı olmadığını ifadə edirlər. Bu səbəbdən quru dəriyə sahib olanların bir az daha çox ətir istifadə etmələri lazımdır.

Dərinizə uyğun ətri necə seçməli?

Hər bəyəndiyiniz ətir sizə yaraşmaz

Düzgün ətir seçimi edərkən ən vacibi iyi bəyənməyiniz deyil, bədəninizdə necə olduğudur. Modada olduğu kimi ətirdə də ən gözəl ətir özünə yaraşanı tapmaqdır. Mütəxəsislər, bəyəndiyiniz bir ətiri yoxlamadan qərar verməməyinizi tövsiyə edirlər. Ətirlər iylərini, bədən iyi ilə birləşərək göstərirlər.

Üçdən çox ətir yoxlamayın

Öz ətirinizə qərar verərkən əvvəlcə biləyinizin iç tərəfinə bir az sıxın və üstündən 10 dəqiqə keçməsini gözləyin. Bu müddətdə spirt buxarlaşır və bədənin kimyası ilə uyğunlaşır. Bu üsulla ən çox 3 ətiri yoxlayın. Daha çoxu iy bilmə duyğunuzu təsirsiz hala gəlməsinə səbəb olar. İyləri qarışdırmaq istəmirsinizsə, ətirlər arasında qəhvə iyləyin.

Ətirlərinizi soyuducuda saxlayın

Ətirləri saxlama şərtləri ömürlərini uzadır. Ətirləri qaranlıq, bağlı və sərin bir mühitdə saxlamaq ən yaxşı üsuldur. Qapağı bağlı olaraq soyuducuda saxlanan ətirlərin ömrü daha uzun olur.

 

2 mart 2017
GO BACK