Dodaqlarınızı fırçalayın
Hər səhər yuxudan durub durmaz dişlərinizi fırçaladıqdan sonra, yumşaq bir fırçanın köməyi ilə və ya diş firçası ilə dodaqlarınızı fırçalayın. Bu üsul, ölü dərinin atılmasına və dodaqlarınızdakı qan axışının tezləşməsinə köməklik edəcəkdir.
Dodağınıza uyğun nəmləndirici istifadə edin
Gün ərzində və gecə yatmazdan əvvəl dodaq qoruyucudan istifadə etməyi yaddan çıxartmayın. Bunu etdiyinizdə gün boyu yumşaq dodaqlara sahib olacaqsınız.
Dodaqlarınızdakı ölü dəriləri əlinizlə qopartmayın
Dodağınızda nəmsizlikdən yaranan ölü dəriləri əlinizlə qopartmaya çalışmayın. Siz o ölü dəriləri təmizlədiyinizi zənn edirsiniz, lakin vəziyyət tam tərsi bir hal alaraq, dodaqlarınızda qabıqlanma və sərtləşməyə səbəb olar.
Başqasının qələm və pamadalarını istifadə etmək allergik reaksiyalara səbəb olur. Başqa birinə aid olan pomadalardan istifadə etmək yerinə öz cildinizə uyğyn olan pomadaları seçin.