Qadin.NET / İncə bel üçün uzaq durmalı olduğunuz qidalar

İncə bel üçün uzaq durmalı olduğunuz qidalar

İncə bel üçün uzaq durmalı olduğunuz qidalar

Hər qadının ortaq arzusu incə belə sahib olmaqdır. Lakin bu hər insanın boyuna, bədən ölçüsünə görə dəyişir. Hər qadının vücudu fərqli olduğu üçün, hər qadına incə bel yaraşmaya bilər. İncə belə sahib olmaq istəyirsinizsə, bel nahiyyəsinin piylənməsini dayandırmalısınız. Bunun görə də, bəzi qidalardan uzaq dayanmalısınız.

1. Cipslər

İncə belə sahib olmaq istəyirsinizsə, ilk öncə cipslərdən uzaq durmalısınız. Harvard Universitetinin apardığı araşdırmaya görə, doymuş yağlardan təşkil olunmuş cipslər bel nahiyyəsinə yağların yığılmasına səbəb ola bilər. Həmçinin çoxlu duzlu olmaqlarına görə bədəndə şişkinlik yaradırlar. Nə qədər cips yesənizdə bu sizdə doymaq hissi yaratmayacaq.

2. Qazlı içkilər

Bel nahiyyənizi incəltməyə qərar verdinizsə, qazlı içkilərdən uzaq olmalısınız. Qazlı və şəkərli qidalar bədəndən xaric olmayan kalorinin yığılmasına səbəb olur. Bəzi insanlar şəkərli içkilər yerinə dietik qazlı içkilərə üstünlük verirlər. Lakin bu içkilərindən onlardan geri qalmırlar. Hətta dietik qazlı içkilərin bel nahiyyəsində daha çox yağlanmaya səbəb olur. Niyə görə belədir soruşacaqsınız.. Ona görə ki, sizi rahatlatdığını düşündüyünüz üçün dayanmadan bir neçəsi ard arda içirsiniz.

3. Kartof qızartması

Yağlanmanı artıran qidalardan biri də, kartof qızartmasıdır. Araşdırmalara görə davamlı olaraq kartof qızartması yeyən insanlarda ildə ən azı 1.05 kq kökəldikləri sübut olunmuşdur. Hətta bu rəqəm bəzən 7 kq qədər çıxa bilir.

İncə bel üçün uzaq durmalı olduğunuz qidalar

4. Pizza

Dostlarınız yığışdığınız mühitlərin keçilməzi pizzadır. Lakin pizzanın üzərində nə qədər ləzzətli məhsul olsa da, bir o qədər kalorini özündə cəmləyir. Əgər bel nahiyyəsindəki yağlardan xilas olmaq istəyirsinizsə, tezliklə pizza ilə vidalaşın.

5. Antrikot

Araşdırmalara görə ətin ən yağlı hissəsi olan antrikot, bədəndə piylənməyə səbəb ola bilər. Antrikot sevmiş ola bilərsiniz, amma bədəninizin gözəlliyini düşünürsüzsə, antrikotdan nadir hallarda yeyin.

17 dekabr 2016
GO BACK