Qadin.NET / Qoltuqaltı ləkələr üçün maskalar

Qoltuqaltı ləkələr üçün maskalar

Artıq yay fəslidir. Qolu açıq paltarların geyilməsi vaxtıdır. Amma bir çoxları belə paltarları geyinə bilmir. Çünkü qol altındakı tünd ləkələr çox pis görünür. Bu ləkələri aparmaq üçün sizə 2 maska resepti verəcəm.

                       

Qoltuqaltı ləkələr üçün maskalar

MASKA1:

                  1 çay qaşığı vazelin

                  1 çay qaşığı alma suyu

                  1 çay qaşığı limon

Bunların hamısını qarışdırıb, təmiz qol altına çəkib, qurumasını gözləyin. Quruduqdan sonra yuyun və uşaq pudrası vurun. Zamanla bu ləkələrin getdiyini görəcəksiniz.

 

MASKA2:

                    1 qəhvə qaşığı düyü unu 

                    1 xörək qaşığı qatıq

                    1 qəhvə qaşığı üzüm sirkəsi

 Bunların hamısını qarışdırıb, təmiz qol altına çəkin  və 15 dəqiqə gözləyin. Quruduqdan sonra ovlayıb çıxarın və sonra ilıq su ilə yuyun, qurulayın. Daha sonra limon suyu vurub qurumasını gözləyin və quruduqdan sonra uşaq pudrası vurun.

 Bu maskanı həftədə 2 dəfə edin.

15 iyun 2011
GO BACK