Hamımızın həyatında “o” qadın vardır. Hər zaman baxımlıdır və qüsursuz görünür. Göz makiyajı əsla pozulmaz, dişləri hər zaman bəyazdır və ya saçları heç bir zaman necə gəldi yığılmış görünməz. Bu qadınların bizim dünyamıza aid olmadığı nəzəriyyəsini çürüdürük və qüsursuz görünüşlərinin sirrini kəşf edirik. 18 maddəylə “ o qadın” siz olun. "O" qadın:
1. Saçlarının qırılmaması və üzünün qırışmaması üçün sətin üzlü yastıqla yatır.
2. Qapadıcı və parıldadıcı məhsulların bir yerə qədər işə yaradığını bilir, hər gün 8 saata qədər rahat bir yuxu alar.
3. Səhərlər duş qəbul edər. Təpədən dırnağa təmizlənər.
4. Vücudunun tamamını bir fransız qadınıymış kimi, limon və ya lavanta qoxulu kremlərlərlə nəmləndirir.
5. Üzünə və boynuna hər gün 50 SPF və ya daha qüvvətli günəş kremi çəkər. Günəş işığının yaşlandırıcı təsirinin fərqindədir.
6. Diş ipi istifadə edər.
7. Diş ağardıcı məcun və ya eyni təsiri verən bir başqa məhsul istifadə edər.
8. Qaşlarını nizamlı olaraq nəzarətdə saxlayan və artıqlardan qurtular.
9. Qaşlarında boşluqlar varsa onları ən təbii şəkildə doldurar və ya sadəcə darayaraq düzəldər.
10. Üzünə qalıcı və ya yarı qalıcı üsullarla epilyasiya etdirər.
11. Makiyaja başlamadan əvvəl primer (birinci, əsas) və makiyaj əsnasında üz xətlərinə kontur etməyi bilir.
12. Hər günün sonunda sadəcə makiyajını silməklə qalmaz, civzə əleyhinə və ya təmizləyici toniklə məsamələri açar.
13. Gündüz və gecə üçün ayrı-ayrı göz kremi vardır.
14. "No makeup makeup" (makiyajsız görünüşlü makiyaj) necə edəcəyini bilir. Makiyaj etməmiş görünüşlü makiyajını sağlıq və gözəllik baxımından dəyərini bilir.
15. Tuş istifadə etmədən əvvəl kirpiklərini mütləq qıvırır. Təbii üsullara və uzun kirpiklərə maraq göstərirsə, çox güman ki, kirpik qidalandırıcı və uzadıcı yağ istifadə edir.
16. Həddən çox makiyaj etməz. Doğru məhsulları doğru şəkildə istifadə etmənin hər zaman daha yaxşı olduğunu bilir.
17. Dodaq boyasını fırça vasitəsiylə çəkər, eyni rəngdə dodaq boyası və dodaq qələmi vardır. Daşmalara əsla izin verməz və peşəkar görünüş texnikasını bilir.
18. Şampunla bərabər saç baxım kremi də istifadə edir. Yüngül bir saç spreyiylə saçlarını elektriklənməkdən qurtarır.